Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev irsi- Azərbaycanın milli sərvətidir

07.04.2023

Aprelin 5-də  Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin, Masallı Dövlət Rəsm Qalereyasının və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə muzeydə “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev irsi-Azərbaycanın milli sərvətidir ” mövzusunda tədbir keçirilib.

İntiqam Əsgərli adına şəhər 3 saylı tam orta məktəbinin VIII sinif sagirdlərinin və müəllimlərinin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Muzeyin Əntiqə Tağıyeva çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, işıqlandırılması həm müasir Azərbaycanın müstəqillik və inkişaf tarixinin tədqiqi, həm də əsl liderlik xüsusiyyətlərinin, vətən-millət sevgisinin gələcək nəsillərə çatdırılması baxımından ən gözəl nümunədir.

Yekunda şagirdlər muzeyə və qalereyaya ekskursiya ediblər