Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan alverinə qarşı mübarizədə təhsilin rolu

07.04.2023

Aprelin 7-də Masallı  Tarix -Diyarşünaslıq Muzeyinin təşəbbüsü, Ombudsmanın Cənub Regional Mərkəzinin , Masallı rayon Gənclər və İdman İdarəsinin ,Dini Qurumlar iş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin dəstəyi ilə Ə.Mirzəyev adına Qızılavar kənd tam orta məktəbində “Azərbaycan Respublikasında İnsan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində “İnsan alverinə qarşı mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilib.  

Muzeyin direktoru Əntiqə Tağıyevanın, Masall rayonı Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirovun, Dini Qurumlar iş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbə müdiri Elvin Hüseynlinin, Ombudsmanın Cənub Regional Mərkəzinin direktoru Ziya İşmayılovun, məktəbin direktoru Lətifə Qənbərzadə və kollektivinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda insan alveri və məcburi əmək nədir ,kimlər bu alverin daha çox qurbanlarına çevrilir, insan alveri ilə məşğul olanların toruna düşməmək üçün hansı addımlar atılmalıdır, dövlət səviyyəsində bu çirkin alverə qarşı hansı mübarizə tədbirləri həyata keçirilir kimi mövzulardan söhbət açılıb. Qeyd olunub ki, bu vacib məsələ ilə mübarizə daha çox təbliğ edilməlidir ki, heç kim belə bir ümumbəşəri bəladan əziyyət çəkməsin.

Yekunda video slayd nümayiş olunaraq, mövzu ilə bağlı şagirdlərlə fikir mübadiləsi aparılıb.