Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda mədəniyyət nümayəndələri şəhidin məzarını və ailə üzvlərini ziyarət edib.

06.04.2023

Aprelin 6-da Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və əməkdaşları aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan Nurlan Əsgərlinin ailəsini ziyarət ediblər. Onlar şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri ölkəmizdə şəhid ailələri və qazilərə dövlət səviyyəsində göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür ediblər.

Sonra mədəniyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.