Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ekskursiya

06.04.2023

Aprelin 6-da Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Masallı Tarix -Diyarşünaslıq Muzeyinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə şəhid İntiqam Əsgərli adına şəhər 3 saylı tam orta məktəbin şagirdləri muzeyə və qalereyaya ekskursiya ediblər.

Ekskursiya zamanı muzeyin və qalereyanın əməkdaşları  şagirdləri regionun təbiəti, tarixi keçmişi, adət ənənələri, tanınmış şəxsiyyətləri, qəhrəmanları, Zəfər tarixi və rəngarəng tablolarda əks olunan rəsm əsərləri ilə tanış edərək, onlara  geniş məlumat verdilər.