Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalqımızın igid oğlu Səfəralı Məmmədov

16.10.2018

16 oktyabr 2018-ci ildə Masallı rayon Mərkəzi kitabxanasında Milli Qəhrəman Səfəralı Məmmədovun anadan olması günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Masallı şəhər İsfəndiyar Zülalov adına tam orta məktəbin şagirdləri iştirak edirdilər.  Oxu zalının əməkdaşı Həbibə Hüseynova  məruzə ilə çıxış edərək məktəblilərə qəhrəmanın keçdiyi şərəfli döyüş yolundan danışıb, onun vətənin ağır günündə silaha sarılaraq mübarizənin ön sıralarına atıldığını bildirib. Onun vətənə olan  sevgisinin , elinə-obasına hədsiz bağlılığının,  müharibədə göstərdiyi  şücaətin  indiki gənclər üçün  örnək olduğunu  vurğulayıb. Tədbirin sonunda şagirdlər vətənpərvərlik  mövzularına aid    müxtəlif  şeirlər səsləndirib.