Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Zəfər tarixi” mövzusunda tarix dərsi

04.04.2023

Aprelin 4-də Yardımlı rayon Tarix-Diyarşünaslıq muzeyində “Zəfər tarixi” mövzusunda tarix dərsi keçirilib.

Yardımlı rayon Anzov kənd tam ota məktəbinin şagird və müəllim mkollketivinin iştirak etdiyi tarix dərsində əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Muzeyin baş fond mühafizi İlqar Həsənov, məktəbin müəllimi Mərdan Dadaşlı çıxış edərək Zəfər tariximizin yazılmasında böyük rolu olan dövlət-xalq-ordu birliyindən söhbət açıblar. Qeyd olunub ki, torpaqlarımızın azad olunması zamanı ordumuzun qazandığı şanlı zəfər bir daha Azərbaycanın qüdrətli və güclü dövlət olduğunu bütün dünyaya sübut etdi.

Yekunda şagirdlər müzeyə ekskursiya ediblər.