Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyevin irsini öyrənək

05.04.2023

Aprelin 5-də  Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin, Masallı Dövlət Rəsm Qalereyasının və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə muzeydə “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev irsini öyrənək” mövzusunda tədbir keçirilib.

Ərkivan qəsəbə 5 saylı tam orta məktəbin şagird və müəllim kollketivinin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sekutla yad olunub.

Muzeyin əməkdaşları Dilgüşə Məmmədova, Çingiz Qurbanov Azərbaycan dövlətçiliyinin yaradılmasında və formalaşmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışaraq Ulu Öndərin mənalı ömür yolunun gənclər üçün ən layiqli örnək olduğunu vurğulayıblar.

Sonra iştirakçılar muzey və qalereyaya eksursiya ediblər.