Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfər tariximizlə bağlı şanlı aprel

05.04.2023

Aprelin 5-də Masallı Tarix -Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Masallı şəhər  İ. Zülalov adına 5 saylı  tam orta məktəbində aprel döyüşlərinin 7-ci il dönümünə həsr olunmuş “Zəfər tariximizlə bağlı şanlı aprel” mövzusunda tarix dərsi keçirilib.

Əvvəlcə torpaqlarımız uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra muzeyin əməkdaşı Çingiz Qurbanov mövzu ilə bağlı şagirdlərə geniş məruzə edib.

Yekunda şagirdlərin sualları cavablandırılıb.