Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Aprel döyüşləri – böyük zəfərin başlanğıcı

04.04.2023

Aprelin 4-də Masallı rayon Mərkəzi Kitabxanasında  “Aprel döyüşləri – böyük zəfərin başlanğıcı” mövzusunda tədbir keçirilib.

Tədbirə başlamazdan öncə ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Ağahüseyn Hüseyni dörd günlük Aprel döyüşlərindən, güclü ordumuzun bu şərəfli döyüşlərdə göstərdikləri şücaətdən danışıb. Qeyd olunub ki, Azərbaycan xalqının əldə etdiyi qələbənin əsası məhz Aprel döyüşləri ilə qoyulub. Bununla bütün dünyaya Azərbaycan Ordusunun gücü, qələbə əzmi sübut olunub. Sonra kitabxananın digər əməkdaşı Rasif Dadaşov  məruzə ilə çıxış edib.