Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zamanın fövqündə dayanan Lider

04.04.2023

Aprelin 4-də Masallı rayon Mərkəzi Kitabxanasında  “Heydər Əliyev İli”nə həsr olunmuş “Zamanın fövqündə dayanan Lider” adlı tədbir keçirilib.

Əvvəlcə, tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Rasif Dadaşov 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamın əhəmiyyətinə toxunaraq, Ulu Öndərin həyat və fəaliyyətinin araşdırılması, öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması baxımından vacibliyini vurğulayıb. Qeyd olunub ki,  Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsinə çevrilib. 1993-cü ilin iyun hadisələri zamanı xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Bakıya gəlməyə razılıq verdi. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni bir dövrə - inkişaf və tərəqqi dövrünə qədəm qoydu, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir ölkəyə çevrildi.

Sonra kitabxananın digər əməkdaşı Bilqeyis Məmmədova məruzə ilə çıxış edib. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu mütərəqqi siyasi irsin Prezident İlham Əliyevin qətiyyətlə həyata keçirdiyini qürur hissi ilə dilə gətirən məruzəçi deyib ki, milli qurtuluşdan başlanan Zəfər yolu xalqımızı tarixi Qələbə gününə qədər aparıb. Məhz Ulu Öndərin siyasi uzaqgörənliklə işləyib hazırladığı, Azərbaycanın hərtərəfli inkişafı və dünyanın ən güclü dövlətlərindən birinə çevrilməsi məqsədi daşıyan mütərəqqi siyasi kurs sayəsində ölkəmiz qısa müddətdə regionun lider dövlətinə, əsl söz sahibinə çevrildi