Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şanlı tariximizə səyahət

03.04.2023

Aprelin 3-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yardımlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə mərkəzdə Aprel döyüşlərinin yeddinci il dönümünə həsr olunmuş "Şanlı tariximizə səyahət" adlı tədbir keçirilib.

Tədbirdə Yardımlı şəhər 3 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Azərbaycanın şanlı qələbəsi ilə başa çatan Aprel döyüşləri və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan güclü Azərbaycan Ordusu haqqında geniş məlumat verib.

Daha sonra məktəbin psixoloqu Əli Kərimli mövzu ilə bağlı fikirlərini ifadə edərək tədbirin təşkilatçılarlna minnətdarlığını bildirib.

Yekunda tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlara, o cümlədən  "Heydər Əliyev ili" ilə əlaqədar tərtib olunan  "Unudulmaz dahi" və Aprel döyüşlərinin yeddinci il dönümünə həsr olunan "Tarixi Zəfərin qəhərmanları" adlı sərgilərə baxış keçiriblər.