Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Aprel döyüşləri şanlı tariximizdir

03.04.2023

 Aprel 3-də Masallı rayon Mərkəzi Kitabxanasında  “Aprel döyüşləri şanlı tariximizdir” mövzusunda tədbir keçirilib. 

Tədbirə başlamazdan öncə ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

 Tədbirdə ilk çıxış edən kitabxananın direktor əvəzi Zamin Məmmədov 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin dövlətimizə qarşı növbəti silahlı təxribat törətməsini, lakin qüdrətli Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr vurduğunu bildirib. Qeyd olunub ki, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir çox ərazisinin işğalçılardan azad edilməsi, həmin ərazilərin Azərbaycan Ordusunun tam nəzarətinə keçməsi nəticəsində qəhrəman döyüşçülərimiz xalqımıza qələbə sevinci yaşatdı.

Sonra kitabxananın əməkdaşı Şəmsurə Nəsirova məruzə ilə çıxış edib.