Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beynəlxalq Uşaq Kitabı Günü

01.04.2023

Aprel 1-də Masallı rayon Mərkəzi Kitabxanasında  Beynəlxalq Uşaq Kitabı günü ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Ağahüseyn Hüseyni bildirib ki, bu əlamətdar tarix daha çox nağılları ilə tanınan danimarkalı ədib Hans Xristian Andersenin doğum gününə təsadüf edir. Beynəlxalq Uşaq Kitab Gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman istəyib. 1967-ci ildən başlayaraq Uşaq Kitabları üzrə Beynəlxaq Şuranın təşəbbüsü və qərarı ilə 2 aprel bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunmağa başlayıb.

Sonra kitabxananin əməkdaşı Rasif Dadaşov vurğulayıb ki, hər il bütün dünyanın bu günü qeyd etməsində məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etməkdir. Qeyd olunub ki, uşaq kitablarının tarixi 1477-ci ildən, antik yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsiylə başlayıb. XIX əsri uşaq ədəbiyyatının "qızıl əsri" sayanlar da çoxdur. XIX-XX əsrlər Azərbaycanda da uşaq ədəbiyyatının inkişafı ilə xarakterizə olunur.Beynəlxalq Uşaq Kitabı Günü ölkəmizdə də qeyd olunur. Həmin gün müxtəlif rəsm və kitab sərgiləri keçirilir.