Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətənpərvər yazıçı

01.04.2023

Aprel 1-də Masallı rayon Mərkəzi Kitabxanasında əməkdar jurnalist, yazıçı Aqil Abbasın anadan olmasının 70 illiyi ilə əlaqədar “Vətənpərvər yazıçı” adlı tədbir keçirilib.

Tədbirə başlamazdan öncə ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Gülər Piriyeva yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. O, bildirib ki, əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim kimi başlayan Aqil Abbas "Elm və həyat" jurnalında fotomüxbir, şöbə müdiri,  "Sovet kəndi" qəzetinin xüsusi müxbiri işləyib. Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi "Şirinlik" 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə "Şəbədə Nazim" hekayəsi "Ulduz" və "Azərbaycan" jurnallarında işıq üzü görüb.

Sonra kitabxananın digər əməkdaşı Rasif Dadaşov  məruzə ilə geniş çıxış edib. O, çıxışında bildirib ki, ötən əsrin 70-ci illərində yaradıcılığa başlayan Aqil Abbas sonralar ədəbiyyat xəzinəmizi "Evləri köndələn yar", "Ən 5 xoşbəxt adam", "Batmanqılınc", "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", "Saçın ucun hörməzlər", "Qiyamət gecəsi", "Qapqara uzun saçlar", “Dolu” kimi bir birindən gözəl, oxunaqlı, ən əsası isə xalqımızın ruhu ilə səsləşən əsərlərlə zənginləşdirmişdir. Qeyd olunub ki, Aqil Abbas Azərbaycanın əməkdar jurnalistidir. “Araz”, “Dan ulduzu”, “Qızıl qələm” mükafatları laureatıdır. 8 kitabın müəllifidir.