Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Körpələr bizim işıqlı sabahımızdır

01.04.2023

Aprelin 1-də Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Banbaşı kənd kitabxana filialının və Bəyalı Məmmədov adına kənd orta məktəbinin birgə təşkilatçılığı ilə  "2 aprel-Beynəlxalq Uşaq Kitabı Günü"nə həsr olunmuş “Körpələr bizim işıqlı sabahımızdır” adlı tədbir keçirilib.

Tədbirdə kitabxana filialının müdiri  Əsmər Əliyeva uşaqlara müxtəlif uşaq kitablarından nağıllar və əfsanələr oxuyub.
   
Sonra məktəbin müəllimi Xədicə Balakişiyeva kitabların insan həyatında tükənməz bir sərvət kimi böyük rolu olduğunu vurğulayaraq hər zaman kitablarla mütaliə etməyi şagirdlərə tövsiyə edib. 

Yekinda şagirdlər seçdikləri kitablara abunə yazılıblar.