Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev və Azərbaycan

31.03.2023

Martın 31-də Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Masallı Tarix -Diyarşünaslıq Muzeyinin və Masallı Təhsil Sektorunun birgə təşkilatçılığı ilə muzeydə “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev və Azərbaycan” mövzusunda  tədbir keçirilib.

Tədbirdə” Dəfinə” məktəb-liseyinin müəllim və şagirdləri iştirak ediblər. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan muzeyin əməkdaşı Çingiz Qurbanov Heydər Əliyevin həyatı, hakimiyyətdə olduğu hər iki dövrdə müasir Azərbaycanın dövlətçiliyinin formalaşmasında, milli dövlətçilik və milli maraqların qorunmasında göstərdiyi çoxşaxəli müstəsna xidmətlərdən danışıb.

Sonra “Dəfinə” məktəb-liseyinin müəllimləri Zeynəb Heydərova, Aygül Nuriyeva çıxış edərək Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıdan söhbət açıblar. Daha sonra şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.

Yekunda tədbir iştirakçıları muzeyə və qalereyaya ekskursiya ediblər.