Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Tariximizi öyrənək” başlığı altında ekskursiya

31.03.2023

Martın 31-də Masallı Tarix Diyarşünaslıq Muzeyinin və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilaçılığı ilə qlereyada “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə “Tariximizi öyrənək” başlığı altında ekskursiya keçirilib.

Ekskursiyada şəhid İntiqam Əsgərli adına şəhər 3 saylı tam orta məktəbinin I sinif şagirdləri iştirak edib.

Muzeyin və qalereyanın əməkdaşları şagirdləri regionun təbiəti, tarixi keçmişi, adət ənənələri, tanınmış şəxsiyyətləri, qəhrəmanları və rəngarəng tablolarda əks olunan rəsm əsərləri ilə tanış edərək, onlara geniş məlumat veriblər.