Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan alverinə qarşı mübarizəyə sən də qoşul

30.03.2023

Martın 30-da  Masallı rayon Mərkəzi Kitabxanasında "İnsan alverinə qarşı mübarizəyə sən də qoşul" mövzusunda tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Gülər Piriyeva dünyada ən ağır cinayətlərdən biri hesab olunan insan alveri, həmçinin onun doğurduğu ağır nəticələr haqqında danışıb və insan alverinə qarşı effektiv mübarizə aparılması məqsədilə dövlətlər, eləcə də bu sahə ilə məşğul olan beynəlxalq təşkilatlar arasındakı qarşılıqlı əməkdaşlıq təcrübəsinin əhəmiyyətini vurğulayıb.

Sonra kitabxananın digər  əməkdaşı Gülər Kərimova məruzə ilə çıxış edib.