Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

31 mart soyqırımının tanıdılmasında Heydər Əliyevin rolu

31.03.2023

Martın 30-da  Masallı Tarix-Diyarşünaslıq Muzeyinin, Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzi(GİKM) Masallı nümayəndəliyinin, Dini Qurumlar iş üzrə Dövlət Komitəsi Masallı bölgəsi üzrə şöbəsinin, Ombudsmanın Cənub Regional Mərkəzinin, Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə muzeydə “31 Mart soyqırımının tanıdılmasında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, gənclər, İntiqam Əsgərli adına şəhər 3 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva  Azərbaycanlılara qarşı ermənilərin iki əsr davam edən  düşünülmüş, planlı sürətdə həyata keçirildiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri  və bu faciələrin nəticəsində günahsız azərbaycanlıların kütləvi sürətdə qətlə yetirilməsindən geniş danışıb.Qeyd olunub ki,  azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılıb. 31 mart Soyqırımı yalnız Ulu Öndərin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini alaraq , 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində keçirilir.

Sonra Ombudsmanın Cənub Regional Mərkəzinin məsləhətçisi Mirkamran  Mənsimli, Dini Qurumlar iş üzrə Dövlət Komitəsinin Masallı Bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva, Masallı Dövlət Rəsm Qalereyasının direktor işini icra edən Təhmasib Məcidov çıxış edərək vurğulayıblar ki,  bu tarixi faciələri unutmamaq hər bir vətəndaşın borcudur, həmçinin bir daha belə hadisələrin baş verməməsi üçün xüsusən də gələcək nəsillər arasında təbliğat gücləndirilməlidir. Daha sonra gənc könüllü Əmrah Abışov gənclərimizi müasir Azərbaycanın inkişafı, tanıdılması, tariximizdə gizli qalan həqiqətlərin açılaraq, təbliğ edilməsi işində aktiv olmağa çağırıb.

Yekunda tədbir iştirakçıları muzeydə təkil edilmiş “31 mart soyqırımı “ adlı foto sərgi ilə tanış olub, xatirə şəkilləri çəkdiriblər.