Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

31 mart -tarixi yaddaşımızdan silinməyən soyqırımı

30.03.2023

Martın 30-da Masallı rayon Mərkəzi Kitabxanasında 31 mart-Azəbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, 20-ci əsrin bəlkə də ən susqun soyqırımı 1918-ci il mart ayının 31-də erməni daşnaklarının xalqımıza qarşı olan qətliamıdır. Erməni daşnakları Azərbaycan xalqına, türk dünyasına qarşı soyqırımı siyasətini 200 il ərzində müntəzəm olaraq davam etdirib. 

Sonra kitabxananın əməkdaşı Rasif Dadaşov məruzə ilə çıxış edib. Qeyd olunub ki, ermənilər tək Bakıda deyil Qazaxda və Tiflisdə də dinc mülki azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişlər. Erməni silahlı dəstələri İrəvan-Naxçıvan-Zəngəzur-Qarabağ və Qazax-Gəncə istiqamətində yerləşən yaşayış məskənlərinin azərbaycanlı əhalisini qırmış və deportasiya etmişdir. Yalnız müstəqillik dövründə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinə əsl hüquqi-siyasi qiymət verilmişdir. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman ermənilərin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymət idi.