Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyası

30.03.2023

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar martın 30-da Masallı rayon Heydər Əliyev Mərkəzinə məktəblilərin ekskursiyası təşkil olunub.

Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə başlayan ekskursiyalarda N. Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.

Ekskursiya mərkəzin direktoru Dilbər İbayeva tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər haqqında şagirdlərə ətraflı məlumat verilib.