Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Heydər Əliyev ili”nə həsr olunmuş rəsm sərgisi

30.03.2023

Martın 30-da  Yardımlı Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, Təhsil sektorunun, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində açıq havada rəsm sərgisi keçirilib.

Tədbirdə təşkilatçı müəssisələrin, həmçinin Yardımlı rayon Statistika İdarəsinin əməkdaşları, məktəblərin şagird və müəllim kollektivləri iştirak edib.

Sərgidə Yardımlı şəhər 1 və 2 saylı,  Avund, Çayüzü, Sırıq, Köyrədi kənd məktəb şagirdlərinin çəkdikləri 30 rəsm əsəri nümayiş olunub.