Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qanlı Mart səhifəsi” mövzusunda tarix dərsi

30.03.2023

Martın 30-da Masallı Tarix Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar  Z. Nəcəfov adına Ərkivan qəsəbə 2 saylı orta məktəbində “Qanlı Mart səhifəsi” adlı tarix dərsi keçirilib.

Əvvəlcə soyqırımı qurbanları və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan muzeyin əməkdaşı Çingiz Qurbanov 31 mart, həmçinin iki yüz il ərzində azərbaycanlıların başına gətirilən soyqırımları  və faciələr haqqında geniş məruzə edib.

Sonra muzeyin əməkdaşı Lalə Nəzərova çıxış edərək Azərbaycan tarixinin acılı səhifələrindən olan Mart soyqırımının millətimizin, xalqımızın əzimkarlığını, məğrurluğunu və düşmənə heç zaman boyun əymədiyini  simvolizə edən  faciə adlandıraraq bu soyqırımı qurbanlarını hər zaman yad etməyə borclu olduğumuzu xüsusi qeyd edib.