Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Unudulmayan qanlı tarix

30.03.2023

Martın 30-da Yardımlı rayon Heydər Əliyev Mərkəzinin, Gənclər və İdman İdarəsinin (Gİİ), Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Yardımlı nümayəndəliyinin, V.H.Məmmədov adına şəhər 2 saylı orta məktəbin birgə təşkilatçılığı ilə mərkəzdə “31 mart -Azərbaycanlıların Soyqrımı Günü” ilə bağlı "Unudulmayan qanlı tarix" adlı tədbir keçirilib.

Əvvəlcə soyqrım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla  yad olunub.

Tədbirdə çıxış edənlər - Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə, Gİİ-in rəisi Şəhriyar Şəbiyev, GİKM-in Yardımlı nümayəndəliyinin direktoru Səfail İbişli xalqımızın başına gətirilən bu dəhşətli fakt  və hadisənin statistik məlumatları haqqında ətraflı danışaraq, bu cinayətə Ulu Öndər Heydər Əliyev tərfindən düzgün qiymət verildiyini vurğulayıblar.

Sonda tədbir iştirakçıları "Unudulmayan Soyqrım - 1918!" adlı sərgi ilə tanış olublar.