Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Həmişə hörmətlə çəkilir adın

05.10.2018

5 oktyabr 2018-ci ildə Masallı rayon Mərkəzi kitabxanasında Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Oxu zalının müdiri Şəmsurə Nəsirova 1994-cü ildə YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Gününün təsis edildiyini, bu günün qeyd olunmasında əsas məqsədin müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkmək olduğunu bildirdi. Daha sonra Xidmət şöbəsinin müdiri Gülər Piriyeva və İnformasiya-Resurs şöbəsinin müdiri Rasif Dadaşov çıxış edərək ən şərəfli peşə sahibləri olan müəllimlərə  hər bir insanın borclu olduğunu, onların daima gələcək nəsillərin maariflənməsi keşiyində durduğunu bildirdilər. Ulu öndər Heydər Əliyevin “Mən müəllimdən uca ad tanımıram” deyərək təhsilə və müəllimlərə verdiyi yüksək qiyməti qeyd etdilər.