Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dəhşətli cinayət aktının nəticələri

30.03.2023

Martın 30-da Yardımlı rayon Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Yardımlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların Soyqrım Günü ilə əlaqədar mərkəzdə "Dəhşətli cinayət aktının nəticələri" adlı tədbir keçirilib.

Tədbirdə Çayüzü  kənd orta məktəbinin direktoru Hacıabış Əhmədov, GİKM-in Yardımlı nümayəndəliyinin direktoru Səfail İbişli və Bürzümbül kənd orta məktəbinin şagirdləri iştirak edib.

Əvvəlcə soyqrım qurbanlarının xatirəsi ehtiramla anılıb.

Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə tariximizin ən qanlı səhifələrindən biri olan 1918-ci ilin 30 mart-3 aprel tarixlərini əhatə edən soyqrım haqqında məlumat verib və gənclərimizi bu hadisələri unutmamağa çağırıb. Daha sonra Hacıabış Əhmədov, Səfail İbişli çıxışlarında  xalqımızın zaman-zaman üzləşdiyi faciələrdən söz açaraq,  gənclərimizə vətənpərvər olmağı tövsiyyə edib.

Yekunda tədbir iştirakçıları mərkəzdə təşkil olunan sərgilər və mövcud olan eksponatlarla tanış olublar.