Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

28.03.2023

Martın 28-də Yardımlı rayon  Mərkəzi Kitabxanasında “31 mart Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda tədbir keçirilib.  

Tədbirdə şəhər 1 saylı tam orta məktəbin şagirdləri və oxucular iştirak edib. Əvvəlcə soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra  MKS-in şöbə müdiri Gündüz Manafov mövzu ilə bağlı məruzə edib.

MKS-in şöbə müdiri Vasif Abdulov, şəhər 1 saylı  məktəbin müəllimi Camal Mustafayev, şagirdlərdən Ruslan Bədirov, Arzu Qurbanova qısa çıxış edərək keçirilən bu tədbirlərin gənc nəslin nümayəndələrinə vətənə sevgi hisslərinin aşılanması,onlar arasında milli-vətənpərvərlik ruhunun və Azərbaycan tarixinin təbliğ olunması baxımından əhəmiyyətli rola malik olduğunu qeyd ediblər.

Sonda tədbir iştirakçıları “31 mart Soyqırımı bəşəri cinayətdir” başlıqlı sərgiyə baxış keçiriblər.