Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mart qırğını

29.03.2023

Martın 29-da Masallı Tarix Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Masallı Dövlət Regional Kollecində 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Mart qırğını” adlı tarix dərsi keçirilib.

Əvvəlcə soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra muzeyin əməkdaşı Çingiz Qurbanov mövzu ilə bağlı geniş məruzə edərək ümummilli lider Heydər Əliyevin  mart soyqırımı ilə bağlı 1998-ci il 26 mart tarixli fərmanından sonra aparılan araşdırmalar nəticəsində üzə çıxan faktlardan söhbət açıb.

Yekunda mövzu ilə bağlı tələbələrin çıxışları dinlənilib və verilən suallar cavablandırılıb.