Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev-100

28.03.2023

Martın 28-də  Yardımlı rayon Mərkəzi Kitabxanasında “Heydər Əliyev ili” ilə əlaqədar "Heydər Əliyev-100" mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımız uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra MKS-in direktor əvəzi Mehman Xanızadə məruzə edərək bildirib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının, dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu öndər fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük, əvəzedilməz xidmətlər göstərmişdir.

Tədbirdə MKS-in şöbə müdirləri Vahid Kərimov, Vasif Abdulov da mövzu ilə əlaqədar  fikirlərini bildiriblər.