Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

31 mart Soyqırımı – Unudulmaz faciə

29.03.2023

Martın 29-da Masallı rayon Mərkəzi Kitabxanasında 31 mart Azəbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirə başlamazdan öncə  soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə ilk çıxış edən kitabxananın direktor əvəzi Zamin Məmmədov bildirib ki, Azərbaycan xalqına, türk dünyasına qarşı erməni daşnaklarının soyqırımı siyasəti 200 ilə yaxın bir dövrü əhatə etməkdədir. 31 mart Azərbaycanlıların soyqırımı isə öz dəhşətləri ilə tarixin qanlı salnaməsinə çevrilmişdir.

Sonra kitabxananın əməkdaşı Həbibə Hüseynova məruzə ilə çıxış edib.