Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda ”Qonağımız var” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

29.03.2023

Martın 29-da Masallı Tarix -Diyarşünaslıq Muzeyinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində sahibkar Səkinə Tağızadə ilə gənclərin görüşü keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva layihənin mahiyyətindən danışıb. Sonra GİKM-nin Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva qonağn peşə fəaliyyətindən və gənclərə göstərdiyi dəstəkdən söz açıb.

Səkinə Tağızadə isə qurduğu biznes, bu yolda qarşılaşdığı çətinliklər, həmçinin bu çətinlikləri dəf etməsi haqqında gənclərə məlumat verib. O bildirib ki, gənclər karyeralarını qurarkən çox çalışmalı, səbr və əzmkarlıq göstərməlidirlər. Yalnız belə olan halda çətinliklərin öhdəsindən gəlmək mümkündür.

Yekunda gəncləri maraqlandıran suallar cavablandırılıb.