Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarixin sınağı

28.03.2023

Martın 28-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində 31 mart- Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq “Tarixin sınağı” mövzusunda tarix dərsi keçirilib.

Tarix dərsində İntiqam Əsgərli adına  Masallı şəhər 3 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirakı edib. 

Əvvəlcə soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru Əntiqə Tağıyeva 1918-ci ilin 30 mart - 3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Sovetinə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktından geniş danışıb.Sonra məktəbin Tarix müəllimi Sevil Abıyeva tarixin bütün dönəmlərində  ermənilərin azərbaycanlılara qarşı böyük faciələrlə nəticələnən soyqırımlar törətdiklərini vurğulayıb. Daha sonra muzeyin əməkdaşı Çingiz Qurbanov mövzu ilə bağlı geniş məruzə edib.

Yekunda şagirdlərin mövzu ilə bağlı fikirləri dinlənilib və “31 mart Soyqırımı” adlı fotosənədlərdən ibarət sərgiyə baxış keçirilib.