Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Təhsil sistemi dövlətin inkişaf konsepsiyasıdır

28.03.2023

Martın 28-də Masallı rayon Mərkəzi Kitabxanasında “Təhsil sistemi dövlətin inkişaf  konsepsiyasıdır” mövzusunda tədbir keçirilib. 

Tədbirdə giriş nitqi ilə çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, təhsilin inkişafı ölkənin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir.

Sonra kitabxananın əməkdaşı Ağahüseyn Hüseyni məruzəsində vurğulayıb ki,  qloballaşan dünyanın çağırışlarına uyğun olaraq ölkəmizdə təhsil sisteminin yüksək səviyyəyə qaldırılması, təhsilin modernləşdirmə mərhələsinə mütərəqqi layihələrlə can atan dövlətimizin başlıca hədəflərindəndir. Qeyd olunub ki, bu baxımdan Prezident İlham Əliyevin  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiqlənməsi barədə 2013-cü il 24 oktyabr tarixli Sərəncamı böyük əhəmiyyət daşıyır.