Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Novruz gəldi, yaz gəldi

18.03.2023

Martın 18-də  Cəlilabad rayonunun Sabirabad kənd klubunda Novruz bayramına həsr olunmuş " Novruz gəldi, yaz gəldi!"adlı bayram şənliyi keçirilib. 

Tədbirdə Sabirabad kənd klubunun, kitabxanasının, həkim məntəqəsinin əməkdaşları, Sabirabad kənd 1 və 2 saylı tam orta məktəbin şagirdləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Sabirabad kənd klubunun müdiri Kəmalə Bağırova Novruz bayramı münasibəti ilə təbriklərini iştirakçıların diqqətinə çatdırıb.  

Bayram şənliyi Novruz adət-ənənələri əsasında hazırlanmış konsert proqramı ilə davam edib.