Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yurdumuza yaz gəlir, Novruz gəlir

17.03.2023

Martın 17-də Novruz bayramı ilə əlaqədar Masallı rayon Tüklə kənd sənətkarlıq klubunun və Tüklə kənd  Ə. İbadov adına tam orta məktəbinin birgə təşkilatçılığı ilə məktəbdə "Yurdumuza yaz gəlir, Novruz gəlir" adlı tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Hakim Qurbanov öncə iştirakçıları qarşıdan gələn birlik, həmrəylik, bərəkət bayramı olan Novruz münasibətilə təbrik edib. Novruzun Azərbaycanın ən sevimli bayramlarından biri olduğunu qeyd edən direktor deyib: “Bu bayram təkcə onu qeyd edən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Kökləri İslamdan əvvəlki tarixi dövrə gedib çıxan Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur.

Sonra sənətkarlıq klubunun əməkdaşı Səyavuş Feyruzoğlu və məktəbin coğrafiya müəllimi Cümşüd Əhədov çıxış edərək məktəbin müəllim və şagird kollektivini Novruz bayramı münasibətilə təbrik edib və bayramı qalibiyyət ruhunda qeyd etməyimizdən məmnunluqlarını bildiriblər. Qeyd olunub ki, tarixi Zəfərimiz 30 ilin işğalına, soydaşlarımızın torpaq həsrətinə son qoymaqla yanaşı, bu ərazilərimizə əbədi bahar gətirib.

Tədbirdə şagirdlərin ifasında mahnılar və şeirlər səsləndirilib, rəqslər, həmçinin səhnəciklər nümayiş etdirilib.