Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Baharın xoş təravəti

17.03.2023

Martın 17-də Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Xırmandalı kənd kitabxana filialında Novruz bayramı ilə əlaqədar “Baharın xoş təravəti” tədbir keçirilib.

Tədbirdə oxucular və kənd sakinləri iştirak edib.

Tədbiri kitabxananın əməkdaşı Əsmət Qasımova açaraq, iştirakçıları bayram münasibətilə təbrik edib. Ə.Qasımova bildirib ki, Novruz bayramına tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Sonra balaca oxuculara bayram adətləri izah olunub və sərgidəki qədim əşyalar haqqında onlara məlumat verilib.  Açıq havada baş tutan tədbirdə əsl bayram əhval-ruhiyyəsi hiss olunub.

Yekunda şagirdlərin ifasında mahnılar oxunub, şeirlər səsləndirilib.