Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yeniyetmələrin inkişafında milli dəyər, ənənə və etik qaydaların rolu

17.03.2023

Martın 17-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının  birgə təşkilatçılığı ilə muzetdə  “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” ı çərçivəsində  “Yeniyetmələrin inkişafında milli dəyər, ənənə  və etik qaydaların rolu” mövzusunda tədbir keçirildi.

Tədbirdə şəhid Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra muzeyin əməkdaşı Dilgüşə Məmmədova və qalereyanın direktor vəzifəsini icra edən Təhmasib Məcidov mövzu ilə bağlı geniş danışaraq ,şagirdlərə müvafiq tövsiyələr veriblər.

 Tədbirdə çıxış edən Xırmandalı məktəbinin direktor əvəzi Mais İsmayılov yeniyetmə və gənclərin gələcək həyatlarında dönüş yarada biləcək təbliğat əsaslı tədbirlərin say çoxluğuna böyük ehtiyac və zərurətin olduğunu bildirib.

Yekunda iştirakçılar muzey və qalereyaya ekskursiya ediblər.