Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda şəhid və qazi ailələri ziyarət olunub

17.03.2023

Martın 17-də Novruz bayramı ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon komitəsinin təşəbbüsü və maddi dəstəyi ilə rayonun şəhid və qazi ailələri ziyarət olunub.

Ziyarətlərdə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, MİHİ-nin Masallı rayon komitəsinin sədri Vəkil İsmailov və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.

Mədəniyyət işçiləri ailələrlə görüşlərdə ailə üzvlərinin kədərini bölüşərək, onlara mənəvi dəstək və ehtiramlarını ifadə ediblər. Rəsmilər həmçinin, ailələrin qayğı və ehtiyacları ilə yaxından maraqlanıblar. Valideynlər isə övladlarının həyat və şərəfli döyüş yolundan söz açıb, kövrək xatirələri dilə gətiriblər.

Sonra MİHİ-nin Masallı rayon komitəsi tərəfindən tədarük olunmuş yardım bağlamaları ailələrə təhvil verilib.