Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev-tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyət

17.03.2023

Martın 17-də Masallı rayon Mərkəzi Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Heydər Əliyev-tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyət” mövzusunda növbəti tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən kitabxananın direktor əvəzi Zamin Məmmədov müasir Azərbaycan dövlətçiliyinin banisi, ümummilli lider Heydər Əliyevin tarixin dövlətimiz və millətimizə bəxş etdiyi nadir şəxsiyyət olduğunu bildirib. 

Sonra kitabxananın əməkdaşı Şəmsurə Nəsirova mövzu ilə bağlı məruzə edib. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi, Azərbaycanda indi də və gələcəkdə də sabitlik və inkişafın təmin olunmasının  yeganə qarantıdır.