Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev- böyük tarixi şəxsiyyət

17.03.2023

Martın 17-də Masallı Tarix -Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə ”Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev- böyük tarixi şəxsiyyət” adlı tarix dərsi keçirilib.

Muzeydə keçirilən tarix dərsində Rafiq Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Muzeyin əməkdaşı Çingiz Qurbanov mövzu ilə bağlı mühazirəsini iştirakçıların diqqətinə çatdırıb. Sonra qalereyanın direktor vəzifəsini icra edən Təhmasib Məcidov çıxış edərək ümummilli lider Heydər Əliyevin böyük şəxsiyyət olaraq Azərbaycan xalqının tarixində əvəzsiz iz qoyduğunu xüsusi vurğulayıb.                 

Yekunda şagirdlərin Ulu Öndərin həyat və fəaliyyətilə bağlı sualları cavablanrılıb, daha sonra şagirdlər muzeyə, həmçinin qalereyaya ekskursiya ediblər.