Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mərkəzi Kitabxanada Novruz şənliyi

16.03.2023

Martın 16-da Masallı rayon Mərkəzi Kitabxanasında Novruz bayramı ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Masallı şəhər 3 saylı körpələr evi - uşaq bağçasının balaca fidanları iştirak edib.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Zamin Məmmədov xalqımızın gözəl bayramı olan Novruz bayramı münasibəti ilə iştirakçıları təbrik edərək, onlara sevincli və xoş günlər arzulayıb. Sonra kitabxananın əməkdaşı  Aygül Mirzəzadə və digərləri Novruz adətlərindən danışaraq, ilaxır çərşənbələr haqqında tədbir iştirakçılarına məlumat  veriblər.  

Tədbirdə uzun müddət kitabxanaya rəhbərlik etmiş Əlhəddin Nəzərov və 3 saylı körpələr evi-uşaq  bağçasının tərbiyəçisi Leyla Ağaməmmədova da çıxış edərək bayram təbriklərini diqqətə çatdırıb.

Daha sonra Novruz bayramının məşhur personajları olan Kosa və Keçəl bir-birindən maraqlı səhnəciklər nümayiş etdirərək, tədbirə rəngarənglik qatıblar. Şənlik balaca fidanların ifasında şeir və mahnıların səsləndirilməsi ilə davam edib.