Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Novruz gəlir, yaz gəlir

16.03.2023

Martın 16-da Masallı Tarix -Diyarşünaslıq Muzeyinin və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə muzeydə Novruz bayramı münasibətilə “Novruz gəlir, yaz gəlir”adlı bayram tədbiri keçirilib.

Tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları iştirak edib.

Bayram tədbirində novruz adətlərindən, bayrama hazırlıqla əlaqədar icra olunan mərasimlərdən söhbət açılıb, həmçinin nəğmələr, bayatılar ifa edilib.