Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda şəhid ailələri ziyarət olunub

16.03.2023

Martın 16-da Novruz bayramı ilə əlaqədar Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə nümayəndəsi Elnur Atakişiyev, mədəniyyət mərkəzinin direktoru Ramil İbrahimov, MİHİ-nin Cəlilabad rayon komitəsinin sədri Cəbrayıl Gözəlov şəhid Tacir Eminovun, Fərid Teymurovun və Röyal Nəsirovun ailələrini ziyarət ediblər.

Ziyarət zamanı mədəniyyət nümayəndələri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara ehtiramlarını ifadə ediblər. Həmçinin ziyarət zamanı şəhid ailələrinə bayram sovqatı təqdim olunub.