Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yurdumuza Bahar gəlir

16.03.2023

Martın 16-da Cəlilabad rayon Mərkəzi Kitabxanasında Novruz Bayramı ilə əlaqədar "Yurdumuza Bahar gəlir" adlı tədbir keçirilib.

Tədbirdə Cəlilabad rayon Mirlətif Ağayev adına MMC Təbib tibb kursunun tələbələri iştirak edib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Müşahidə Nərimanova​ iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək bildirib ki, Novruz şənlikləri təkcə Azərbaycanda yox həmçinin də Əfqanıstan, Tacikistan, Özbəkistan və bir sıra şərq ölkələrində də qeyd olunur. Novruz bayramı 2009-cu ildə YUNESKO tərəfindən qeyri -maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi ” Beynəlxalq Novruz Günü” elan edilmişdir.

Yekunda tələbələr də mövzu ilə bağlı fikirlərini ifadə ediblər.