Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Novruz bayramı münasibətilə tədbir keçirilib

15.03.2023

Martın 15-də Cəlilabad Rayon İcra Hakimiyyətinin və Cəlilabad rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş ümumrayon şənliyi keçirilib.


Bayram şənliyində xalqımızın qədim ənənələrini, milli dəyərlərini, mətbəxini, məişətini əks etdirən pavilyonlar quraşdırılıb, həmçinin məktəbəqədər və orta ümumtəhsil müəssisələrinin özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının folklor nümunələri, idman məktəblərinin nümunəvi çıxışları nümayiş olunub.


Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov sakinləri, şəhid ailələrini, torpaqlarımızın keşiyində dayanan əsgər və zabitləri bahar bayramı münasibətilə təbrik edib, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarımızda Novruz bayramının böyük coşqu ilə qeyd edildiyini vurğulayıb.
Heydər Əliyev Seyrəngahında alovlandırılan bayram tonqalı ətrafında rayonun incəsənət ustalarının və mədəniyyət kollektivlərinin iştirakı ilə konsert nümayiş etdirilib.