Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallının Novruz ənənələri

15.03.2023

Martın 15-də Masallı Tarix -Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Nəriman Nərimanov adına şəhər 2 saylı tam orta məktəbində “Masallının Novruz ənənələri” adlı tarix dərsi keçirilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra muzeyin əməkdaşı Çingiz Qurbanov mövzu ilə bağlı geniş məruzə edib. Daha sonra məktəbin direktoru Mehriban Əzizova və muzeyin əməkdaşı Lalə Nəzərova Novruz bayramı münasibətilə şagirdləri təbrik edərək, yazın gəlişi ilə əlaqədar keçirilən mərasimlərdən, milli adət və ənənələrdən danışıblar

Yekunda şagirdlərlə mövzu ətrafında maraqlı müzakirələr aparılıb.