Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirlib

13.03.2023

Martın 13-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Cəlilabad nümayəndəliyinin birgə təşkilatçılığı ilə mərkəzdə Novruz bayramına həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirlib.

Yarışda qalib olmaq uğrunda 6 komanda üzrə 30 gənc mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışda "Diversant-T" komandası I, "Trust" komandası II, "Desant" komandası isə III yeriə layiq görülüb. 

Yekunda qaliblərə “Diplom”lar təqdim olunub.