Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Biz Heydər Əliyev irsini öyrənirik

13.03.2023

Martın 13-də Masallı rayon Mərkəzi Kitabxanasında Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 iliyi ilə əlaqədar "Biz Heydər Əliyev irsini öyrənirik" mövzusunda tədbir keçirilib.

Tədbirdə Mərkəzi kitabxana və kənd kitabxana filiallarının əməkdaşları iştirak ediblər. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Zamin Məmmədov bildirib ki, ümummilli lider Heydər Əliyevin irsinin təbliği edilməsi məqsədilə mərkəzi kitabxanada, həmçinin kənd kitabxana filiallarında silsilə tədbirlər həyata keçirilir.

Sonra YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev mövzu ilə bağlı geniş çıxış edib. O, çıxışında ümummilli lider Heydər Əliyevin milli mənəvi dəyərlərin və mədəni irsinin qorunması, mədəniyyət sahəsinin inkişafı və milli kadr bazasının formalaşmasında əvəzolunmaz  xidmətlərindən danışıb.

Tədbirdə çıxış edən kitabxananın əməkdaşı Lətafət Əlirzayeva milli mədəni irsimizin dünyada tanıdılmasında Heydər Əliyev Fondunun misilsiz fəaliyyətindən bəhs edib.