Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cabir Novruz -90 

11.03.2023

Martın 10-da Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Cabir Novruzun anadan olmasının 90 illiyi ilə əlaqədar tədbir keçirilib. 

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Rasif Dadaşov Cabir Novruzun həyat və yaradıcılığından söhbət açıb.

Tədbirdə məruzə ilə çıxış edən kitabxananın digər əməkdaşı Arzu Hüseynova şairin qələmindən çıxan lirik poeziya nümunələrinin və epik lövhəli əsərlərin mövzu rəngarəngliyi ilə seçildiyini, şairin sözlərinə bəstələnmiş çoxsaylı mahnıların musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılandığını qeyd edib.