Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

10 Mart - Milli Teatr Günüdür

10.03.2023

Martın 10-da Masallı rayon Mərkəzi Kitabxanasında Milli Teatr Günü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Ağahüseyn Hüseyni Azərbaycan Teatr sənətinin qədim və zəngin tarixi yolu haqqında məlumat verib.

Tədbirdə məruzə ilə çıxış edən kitabxananın əməkdaşı Rasif Dadaşov bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun mühüm rol oynadığından söz açıb. Qeyd olunub ki, Milli Teatrımızın yeni inkişaf yoluna çıxmasında daim mədəniyyət və incəsənətin böyük hamisi kimi tanınan ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Ulu Öndər hər zaman sənət adamlarına yüksək diqqət və qayğı ilə yanaşırdı. Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü”nün təsis edilməsi teatr sənətinə xüsusi önəm verilməsinin göstəricisidir.